0 ভিউ· 02/07/26· সঙ্গীত
Perviz Bulbule & Turkan Velizade - Nazlı Duzlu
Pərviz Bülbülə-nin Türkan Vəlizadə ilə birgə ifa etdiyi “Nazlı Duzlu” parçası artıq onlayndır!
Söz/Mus: Perviz Bulbule
Sözləri:
Xəyallarım, gümanlarım dağım -dağım,
Bulud kimi guruldayım, yağım - yağım.
Fikirlərim yaman olub pərəm - pərəm,
Qərara gəlmək istəmir hələm - hələm.
Denən nə eliyərsən, intizarım olsa,
Qaçıb yanına gələrəm, ixtiyarım olsa.
Mənim nazlı yarım, nazlı-duzlu yarım,
Şirin sözlü yarım, gülər üzlü yarım.
Gəl ömrümün bəzəyi gəl, qaçaq gedək,
Bu ölkədən uzaqlara uçaq gedək.
Əmim, dayım, xalam, bibim, anam, dədəm,
Güdür məni, ləpir - ləpir, qədəm - qədəm.
Sosial media:
https://www.instagram.com/perviz___bulbule
Bütün müəllif hüquqları “Musics of Azerbaijan” MMC tərəfindən qorunur. © 2023
Etiketlər :
#PərvizBülbülə #Nazlı Duzlu #MusicsofAzerbaijan
0 মন্তব্য