0 Tampilan· 02/07/26· Musik

Pərviz Bülbülə - Eşq


heartLeSs
Pelanggan

Pərviz Bülbülə-nin Pərvanə ilə birgə ifa etdiyi “Eşq” parçası artıq onlayndır!

Söz/Mus: Perviz Bulbule
Aranjman: Tərlan MəmmədHüseynov

Sözləri:
Neynədisə, yar elədi,
Mən nə biləydim, nədir eşq!?
Parə, parə, parələdi.
Qəlbimi gör neynədi eşq!?

Eşq elə bir qüvvədir ki,
Eşq elə həngamədir ki,
Eşqə düşənlər dediki,
Bu sən düşən eşq nədir ki!? Eh...

Amma bu dəfə istədim,
Ayrı bir aləm hiss edim.
Olmuya başqa məqsədim,
Deyim, gülüm və rəqs edim hey.

Eşq adın yazıb nələrə!?
Tarixə, əfsanələrə
Qəmli, qəmli nəğmələrə
Dərdli, dərdli kəlmələr...

Eşq elə bir nəğmədir ki,
Eşq elə bir kəlmədir ki,
Eşqə düşənlər dediki,
Bu sən düşən eşq nədir ki!? Eh...

Sosial media:
https://www.instagram.com/perviz___bulbule

Bütün müəllif hüquqları “Musics of Azerbaijan” MMC tərəfindən qorunur. © 2023

Etiketlər :

#PərvizBülbülə #Eşq #MusicsofAzerbaijan

Menampilkan lebih banyak

Berikutnya


0 Komentar

Komentar Facebook